Kanadada 6,2 bal gücündə zəlzələ baş verib

Kanadada 6,2 bal gücündə zəlzələ baş verib

Kanadanın Zəlzələ Mərkəzindən verilən açıqlamada zəlzələnin mərkəzinin Vankuverdən 188 kilometr qərbdəki Port Hardi olduğunu bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələ yerin 10 kilometrliyində meydana gəldiyi və Vankuverin yaaxınlığında yerləşən Riçmond şəhəri də hiss edildiyini söylənib.

Zəlzələdən sonra can itkisi və ya mal itkisi olmayıb, eyni zamanda sunami xəbərdarlığı edilməyib.
Bazar ertəsindən bəri Sakit Okeanın kənarında 4.8-6.0 bal gücündə daha beş zəlzələ baş verib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə