Suriyanın şimalındakı Carablus rayonunun mərkəzində terror hücumları təşkil edilib. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, terror hücümlarında 10 mülki şəxsin yaralandığı bildirilib.
Qeyd edək ki, partlayış nəticəsində ətrafa xeyli maddi ziyan dəyib. Yerli təhlükəsizlik qüvvələri hadisənin terror təşkilatı YPG / PKK tərəfindən təşkil edilən hücumun olmasını ehtimal edir. Həmçinin bildirək ki, YPG / PKK və Fərat Qalxanı Əməliyyatı ilə terrordan azad edilən Carablus bölgəsində tez-tez terror aktları həyata keçirilir.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB