Ölkə başçısının bu addımı beynəlxaq aləmdə nüfuzunun göstəricisidir

Ölkə başçısının bu addımı beynəlxaq aləmdə nüfuzunun göstəricisidir

"Qısa zaman ərzində möhtərəm Prezidentimiz dünya xəritəsində bir zərrə qədər görünən Azərbycanı dünyanın özü qədər böyüdüb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Dövlət başçısının apardığı sosial- qtisadi sahələrdəki uğularından danışan deputat vurğulayıb ki, bunun nəticəsi olaraq, son zamanlarda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, sosial, iqtisadi, siyasi qurumların ölkəmizə verdiyi qiymətləri, eləcə də, reytinq cədvəllərinə nəzər salsaq, bu nəhəng fəaliyyətin şahidi olarıq: "Ölkə başçısının rəhbərlik etdiyi dövrdə Azərbaycan dünyanın ən böyük beynəlxalq təşkilatları olan BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik edərək, dünyanın düzənini nizama sala biləcək məsəslərin həllinə sədrlik etmişdir. Eyni zamanda, bu yaxınlarda keçirilmiş Qoşulmama Hərəkatında dövlətlərin hamısının yekdilliklə Azərbaycana səs verməsi, ölkə rəhbərinin siyasi fəaliyyətinin və ölkəmizin beynəlxaq aləmdə nüfuzunun göstəricisidir".

İ.Məmmədov həmçinin qeyd edib ki, bütün bunlarla yanaşı cənab Prezident Azərbaycanın daxilindəki sabitliyin qorunması, sosial lahiyələrin həyata keçirilməsi üçün gecə-gündüz çalışması, xalqımız tərəfində yüksək qiymətləndirilir: "Eləcə də, TANAP layihəsinin Türkiyədə istifadəyə verilməsi, Azərbaycanın yeni bir qaz ixtac boru kəmərləri sırasına, Avropanın enerji təhlükəsizliyinə xidmət edə biləcək yeni bir lahiyənin uğurla başa çatmasını biz qeyd etdik. Həyata keçirilən bu lahiyələr kiçik bir hadisə deyil, 10 il Azərbaycan qazını dünya bazarlarına çıxara bilməzdik, cənab Prezidentin qətiyyətli mövqeyi, güclü iradəsi nəticəsində bu lahiyə uğurla həyata keçirildi və bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhvəsini verir. Azərbaycanın bugünkü dövrdə tutduğu mövqe məhz cənab Prezidentin eləcə də, birinci vitse-prezident Mehriban Əliyevanın fasiləsiz olaraq çalışmasının nəticəsidir".

Sonda deputat onu da bildirdi ki, işsizliklə bağlı sığorta haqqında qanun lahyəsi, sosial müavinətlər haqqında yeni qanunların təsdiq olunması, insanların sosial rifahının yüksəlməsi naminə olunan əlavə köməkdir və bu kimi lahiyələrin uğurla həyata keçəcəyinə inanırıq.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə