Rusiya Prezidenti Krım körpüsündə

Rusiya Prezidenti Krım körpüsündə

Rusiya prezidenti Vladimir Putin Kerç vasitəsilə Krasnodar və Krımı birləşdirən Krım körpüsünün dəmir yolu hissəsinin açılışını edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin, tamamlanan Krım körpüsündə ilk dəmiryol sınağı edib.

Putin Kerç boğazından Krım körpüsünə gedərək Taman şəhərinə çatıb.


Krım və Rusiya arasındakı Kerç boğazındakı 19 km uzunluğunda körpü Avropanın ən uzun körpüsü ünvanını qazanıb.
3,6 milyard dollara başa gələn körpünün Rusiya ilə Krım arasında yük daşımalarını artırması və turist ziyarətlərini artıracağı gözlənilir.


Rusiyadakı açılış böyük coşqu ilə qarşılansa da, Avropa Birliyi və Ukraynanın körpünün açılması pislənib və Kremlin beynəlxalq qanunları pozduğu iddia edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə