Hakimiyyət Artur Vanesyanın aktivləşməsinin qarşısını almaq üçün əlindən gələni edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "İrates" qəzeti yazır.
Qəzet yazır ki, hakimiyyət Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın fəallaşmaması üçün mümkün olan hər şeyi etməyə çalışır. “Overton pəncərəsindən” xüsusən, Paşinyan və Vanesyanın əvvəlcədən razılaşdıqları və birlikdə oynadıqları, Rusiyanın Vanesyanın "oyunlarını" çox bəyənmədiyi, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin siyasətə qarışması cəfəngiyatdır kimi müxtəlif fikirlər, replikalar atırlar.
Hakimiyyət, bəlkə də Vladimir Putin və Serj Sarkisyanın “nümunələrini” unudur. Putin "görkəmli" təhlükəsizlik işçisi idi, Serj Sarkisyan isə Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik etmişdi. Yeri gəlmişkən, göründüyü qədər paradoksal olsa da, Serj Sarkisyanın "Vətən" adlı ictimai bir təşkilatı da var. Artur Vanesyanın yaratdığı eyni adlı qurumdan fərqli olaraq bu günə qədər ciddi "donorlar" vasitəsi ilə nazirliyə ciddi maddi və hərbi-vətənpərvərlik yardımı göstərir.
Açıq-aşkar görünür ki, Ermənistan hakimiyyəti qorxuya düşüb və Vanesyanı zərərsizləşdirmək üçün əldən-ayaqdan gedir. Məhz buna görə də Vanesyanın aktivləşməsinin qarşısını almaq Paşinyan hakimiyyəti üçün prioritet məsələ hesab olunur və bu baxımdan cəhdləri də başadüşüləndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB