Paşinyan hakimiyyəti “torba tikməklə” məşğuldur

Paşinyan hakimiyyəti “torba tikməklə” məşğuldur

Hakimiyyət hər hansı bir şəkildə Ruben Ayrapetyana qarşı "iş açmağa" çalışır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.
Qəzet yazır ki, Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti Ruben Ayrapetyanın evində axtarış aparıldıqdan sonra ətrafı sıxışdırılır. Səlahiyyətlilər, Ruben Ayrapetyana qarşı hər hansı bir şəkildə "iş açmağa" çalışırlar və Arsnakar restoran kompleksində hərbi həkim Vaqe Avetyanın ölümü ilə əlaqədar mühakimə olunanlardan da istifadə etmək niyyətindədirlər.

Qəzetin mənbəyinin məlumatına görə, "Arsnakar" restoranında Vaqe Avetyanın öldürülməsi iddiasında ittiham olunan altı nəfərdən biri və ya ikisinin Ruben Ayrapetyana qarşı ifadəsi müqabilində vaxtından əvvəl sərbəst buraxılması da mümkündür.

Bir sözlə, Paşinyan hakimiyyəti “torba tikməklə” məşğuldur və tezliklə hər hansı bir şəkildə Ruben Ayrapetyana “iş açıb” həbs etmək planlaşdırılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə