İngiltərə kraliçasınınn həyat yoldaşı xəstəxanadan buraxılıb

İngiltərə kraliçasınınn həyat yoldaşı xəstəxanadan buraxılıb

İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı Şahzadə Filip xəstəxanadan buraxılıb. SİA-nın xarici kivlərə istinadən verdiyi xəbərə görə, 4 gün əvvəl xəstəxanaya yerləşdirilmiş İngiltərə Kraliçası II Elizabetin həyat yoldaşı Şahzadə Filip müalicədən sonra xəstəxanadan buraxılıb.

İddiaların əksinə olaraq 98 yaşındakı Şahzadə Philip xəstəxanadan çıxarkən görülüb. Şahzadə Filip Yeni ili ailəsi ilə Sandringhamda keçirəcəyi bildirilib. 4 gün əvvəl şahzadə Philipin səhhətində olan bəzi problemlərdən dolayı xəstəxanaya yerləşdirilib. Lakin Şahzadə Filipin səhhətində narahatlığa səbəb olacaq hər hansı bir xəstəlik olmadığı, sadəcə tədbir olaraq xəstəxanaya yerləşdirildiyi deyilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə