Etiraz aksiyalarında iştirak etdiklərinə görə 140-a yaxın adam həbs edilib

Etiraz aksiyalarında iştirak etdiklərinə görə 140-a yaxın adam həbs edilib

Nyu-Dehlidə əksəriyyəti tələbə olmaqla 139 nəfər Vətəndaşlıq haqqında qanuna qetiraz olaraq aksiya keçirmək istəyənlər polis tərəfindən saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, saxlanılanların əksəriyyəti qadındır.

Polis şəhərdə kütləvi toplaşma və nümayişlərə qadağa qoyulduğu üçün həbsin zəruri tədbir olduğunu açıqlayıb.

Bu qadağanın pozulması cinayət məsuliyyətinə və ağır cərimələrə səbəb olur.

Paytaxtdan əlavə Hindistanın digər şəhərlərində də yeni vətəndaşlıq qanununa qarşı nümayişlər davam edir. Bundan əlavə, son iki gündə xarici universitetlərdə təhsil alan hind tələbələri və xaricdəki hind icmalarının nümayəndələri Vaşinqton, Nyu-York, London, Tokio, Melburn, Amsterdam və digər şəhərlərdə geniş miqyaslı etiraz aksiyaları keçiriblər.

Rəsmi olaraq qüvvəyə minən vətəndaşlıq qanununa edilən qalmaqallı düzəlişlər, Cənubi Asiyanın qonşu ölkələrindən olan Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlmanların, vətənlərində təcavüzlə qarşılaşdıqları təqdirdə, Hindistan pasportunu sadələşdirilmiş bir qaydada əldə edə biləcəklərini təmin edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə