Somalinin cənub-qərbində yerləşən hərbi bazaya hücum zamanı 7 əsgər həlak olub
Bazar ertəsi Əl-Qaidə terror qruplaşmasının əl-Şababa aid silahlıları Somalinin cənub-qərbində yerləşən hərbi bazaya hücum edib.
SİA xəbər verir ki, hücum zamanı 7 nəfər əsgər ölüb, bir neçə nəfər isə yaralanıb.
Ordu səlahiyyətlisi Hassan İsak hərbi bazaya terror qruplaşması tərəfindən hücum edilməsini təsdiqləyib.
Terrorçular bir neçə hərbi və mülki nəqliyyat vasitəsini də yandırıblar. Qarşıdurma zamanı dörd terrorçu öldürülüb.
Qeyd edək ki, terrorçuların hücumuna məruz qalan hərbi baza Baidoa şəhərindən 30 kilometr məsafədə yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB