Türkiyədə azərbaycanlı qadın öldürüldü

Türkiyədə azərbaycanlı qadın öldürüldü

Türkiyənin Balıkesir bölgəsinin Edremit rayonunda oğul anasını vəhsicəsinə qətlə yetirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Yaşyer məhəlləsində baş verib.

18 yaşlı Əmrah Y. əslən azərbaycanlı olan anası, 45 yaşlı Vüsalə Y. ilə mübahisə edib. Mübahisə zamanı Əmrah əlinə götürdüyü dəmir parçası ilə anasının başına bir neçə dəfə zərbə endirib. Mübahisənin baş vermə səbəbləri hələ ki, məlum deyil.

Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Əmrah Y. polis tərəfindən saxlanılıb və məhkəməyə çıxarılaraq, barəsində həbs qərarı verilib.

Kəmalə Təyyar qızı

Bütün xəbərlər Facebook səhifəmizdə