Ermənistan üçün 2019, itirilmiş fürsətlər və yeni təhlükələrin yaradılması ili olub. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Daşnaktsutyun partiyası Ali Şurasının üzvü Arsvik Minasyan bu gün Voskanapat analitik mərkəzində müzakirə zamanı deyib.
O, qeyd edib ki, 2029-cu ildə Ermənistan hakimiyyəti nəinki dövlətçiliyi düzgün şəkildə möhkəmləndirə bilməyib, həm də yeni təhlükələr yaradıb.
“Ermənistan üçün 2019, itirilmiş fürsətlər və yeni təhlükələrin yaradılması ili olub. Ən azı 7 vacib sahədə dövlətçiliyi düzgün gücləndirilə bilməyiblər, həm də yeni problemlər, təhlükələr yaradılıb", deyə partiyanın ali şura üzvü bəyan edib.
Arsvik Minasyanın sözlərinə görə ilk üç zərbə xarici münasibətlərə, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara və Ermənistan ordusuna vurulub.
O, diqqətə çatdırıb ki, ölkədə nifrət ritorikası da artır və hakimiyyət nifrətin yaranması üçün yeni hədəflər seçir ki, bununla da cəmiyyətdə yarana biləcək problemlər xüsusilə böyüyür.
“Dözümsüzlük atmosferi, nifrət ritorikası, nifrət təbliğatı, ilk növbədə hakimiyyəti formalaşdıran insanlardan qaynaqlanır və təəssüf ki, bu Ermənistanda gündəlik hala çevrilib. Sosial şəbəkədə demək olar ki, hər gün baş verən yüz minlərlə təhqir və lənət, hakimiyyətin davranışının yeni hədəflər və ya qondarma düşmən tapmaq üçün yönəldildiyini göstərir”, deyə Arsvik Minasyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB