Yalanlar səltənəti Ermənistan və...

Yalanlar səltənəti Ermənistan və...

Ermənistan Respublikası yalanlar krallığıdır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının üzvü Qevorq Petrosyan öz Facebook səhifəsində yazıb.

“Çiçəklənən Ermənistan” partiyasının üzvü öz Facebook səhifəsində Ermənistan Respublikasını yalanlar səltənəti adlandırıb.

O, özünün Facebook səhifəsində Ermənistan barədə digər fikirlərinin olduğunu yazmaqdan da çəkinməyib. Partiya üzvü Qevorq Petrosyan paylaşımında Ermənistan Respublikasını yalanlar krallığı adlandırmaqla yanaşı, Ermənistan Respublikasının fəaliyyətinin və inkişafının əsas prinsipinin ikili standartların tətbiqi olduğunu da qeyd edib. Partiya üzvü Ermənistan Respublikasında ən yüksək dəyərin həm hakimiyyətin, həm də sadiq ünsürlərinin ailələrinin firavanlığı olduğunu vurğulayıb. Qevorq Petrosyan Ermənistan Respublikasında ədalətin, məhkəmələrə girişi əngəlləmək və hakimlərə qarşı birbaşa "Respublika" meydanından təhdidlər göstərməkdən ibarət olduğunu yazır. Sonda “Çiçəklənən Ermənistan” partiyasının üzvü Qevorq Petrosyan öz Facebook səhifəsində, “Ermənistan Respublikasının aldanmış xalqı!”, deyə xitab edərək paylaşıb və əslində bununla Paşinyan hakimiyyətinin xalqı aldatdığını açıq-aşkar şəkildə ifşa edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə