Avtobus aşdı 1 ölü, 20 yaralı

Bu gün səhər saatlarında Türkiyənin Dənizli şəhərinin Honaz rayonunda qəza baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, idarəetməni itirən avtobusun aşması nəticəsində,1 nəfər həyatını itirib, 20-dən çox insan yaralanıb.

Qeyd edək ki, yaralılar təcili yardımlarla ətraf xəstəxanalara aparılıb, qəza ilə əlaqədar istintaq davam etdirilir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə