Hindistanın paytaxtı Dehlidə yaşayış binasında baş verən yanğında azı 9 nəfər ölüb.
SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, yanğın gecə saatlarında paytaxtın Kirari bölgəsindəki üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşən anbarda baş verib. Bədbəxt hadisə nəticəsində ölənlərin 4-ü qadın, 3-ü isə uşaqdır. Təxminən 10 nəfərin yaralandığı bildirilir. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Yanğınsöndürənlərin 3 saatdan çox bir vaxtda səyləri nəticəsində yanğın nəzarət altına alınıb. Hazırda binada axtarış işləri aparılır.
Qeyd edək ki, bu ayın əvvəlində Dehlidə bir neçə sexin yerləşdiyi binada baş verən yanğında 43 nəfər ölmüşdü. Bu yanğınların baş verməsinin və ölüm hallarının çox olmasının əsas səbəbi kimi yanğından mühafizə və təhlükəsizlik qaydalarına riayət olunmaması göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB