Böyük Britaniyada güclü yağışlar nəticəsində şəhər və kəndləri su basıb. SİA-nın verdiyi məlumata görə, təbii fəlakətdən ən çox Midvey, Meydston, Yeldinq və Teston əraziləri əziyyət çəkib. Minlərlə sakin evindən təxliyə edilib.
Ətraf Mühit Agentliyi, Midlands və Yorkşir ərazilərinə 84 dəfə daşqın xəbərdarlığı edib. Agentlik daha şiddətli yağışların dekabrın 24-ü baş verəcəyi ilə bağlı açıqlama verib.
Ölkə ərazisində baş verən yağışlar və güclü qasırğa dəmiryol xətlərinin bağlanmasına səbəb olub. Milad bayramı üçün səyahət edənlərə hava şəraiti ilə bağlı tövsiyələr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB