Özbəkistan parlamentinin qanunverici palatasına seçkilərdə səsvermə artıq başlayıb

Özbəkistan parlamentinin qanunverici palatasına seçkilərdə səsvermə artıq başlayıb

Bu gün keçirilən Özbəkistan parlamentinin qanunverici palatasına (Olıy majlıs – Ali məclis) seçkilərdə səsvermə artıq başlayıb.

SİA yerli mətbuata istinadla xəbər verir ki, respublika ərazisində seçki məntəqələri Daşkənd vaxtı ilə saat 8:00-da (Bakı vaxtı ilə 7:00) açılıb. Ölkə vətəndaşları 750 namizəd arasından parlamentin aşağı palatasının 150 deputatını seçəcəklər.

Özbəkistan qanunvericiliyinə əsasən, ölkədə qeydə alınmış beş partiyanın hər biri hər seçki dairəsi üzrə bir namizəd irəli sürüb. Səsvermə üçün 55-i xaricdə olmaqla, 10260 seçki məntəqəsi yaradılıb. Seçki məcəlləsinə uyğun olaraq, seçkilər adları seçici siyahılarına salınmış 20,5 milyon vətəndaşın azı 33 faizi iştirak etdikdə baş tutmuş sayılır. Seçkidə qalib gəlmək üçün deputatlığa namizəd öz dairəsində 50 faizdən çox səs toplamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə