Turizm naziri Manuel Marrero Kruz Kubanın Baş Naziri vəzifəsinə seçilib
Kubanın Xalq Hakimiyyəti Milli Məclisinin (bir palatalı parlament) deputatları hazırkı turizm naziri Manuel Marrero Kruzun Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyib.
SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə məclisin "twitter" səhifəsində məlumat verilib.
Qeyd edilib ki, Kruzun namizədliyi Kuba Prezidenti Miquel Diaz-Kaneli tərəfindən irəli sürülüb.
605 deputatdan ibarət parlament bu namizədliyi yekdilliklə dəstəkləyib. İclas dövlət televiziyasında canlı yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB