İstanbulda narkotik ticarətçiləri ilə polis arasında silahlı insident baş verib

İstanbulda narkotik ticarətçiləri ilə polis arasında silahlı insident baş verib

İstanbulun Umraniyə rayonunda narkotik ticarətçiləri ilə polis arasında silahlı insident baş verib.

SİA xəbər verir ki, hadisə bu gün Umraniyədə polisin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı qeydə alınıb.

Narkotik ticarətində şübhəli bilinən 3 nəfər avtomobildə gedərkən polis onlara “saxla” əmri verib. Şübhəli şəxslər isə polisin xəbərdarlığına əhəmiyyət verməyərək silahla atəş açıblar.

Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində atışma zamanı şübhəlilərin hamısı həbs edilib. Onlardan birinin yaralandığı deyilir.

Faktla bağlı araşdırma davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə