Qvatemalada sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 22 nəfər həlak olub
Qvatemalanın Sakapa departamentində sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 22 nəfər həlak olub.
SİA "iz.ru" saytına istinadən xəbər verir ki, qəza qurbanları arasında səkkiz yeniyetmə də var. Qvatemala prokurorluğunun məlumatına görə, hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.
Ölkə Prezidenti Cimmi Morales həlak olanların ailələrinə başsağlığı verib, zərər çəkənlərə bütün zəruri yardım göstəriləcəyini bildirib.
İlkin məlumata əsasən, yük maşınının sürücüsü idarəetməni itirərək içərisində 55 nəfərdən çox sərnişinin olduğu avtobusa çırpılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB