Başkordostan Muxtar Respublikasında baş vermiş ağır yol qəzasında 3 nəfər ölüb

Başkordostan Muxtar Respublikasında baş vermiş ağır yol qəzasında 3 nəfər ölüb

Rusiyanın Başkordostan Muxtar Respublikasının Abzelilovski rayonunun Askarovo kəndi yaxınlığında ağır yol qəzası baş verib.

SİA "riafan.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Bildirilib ki, “Zaz Chance” markalı avtomobillə “Skoda Fabia” markalı minik maşını toqquşub. Hadisə nəticəsində biri yeniyetmə olmaqla üç nəfər ölüb, beş nəfər yaralanıb.

Başqırdıstan Dövlət Fövqəladə Hallar Nazirliyinin və Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə