Hondurasın Tela şəhərində yerləşən həbsxanada məhbuslar arasında toqquşma baş verib. SİA “La Prensa” qəzetinə istinadla xəbər verir ki, odlu silahlardan istifadə edilən iğtişaş nəticəsində azı 18 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Yerli KİV-lərin məlumatına görə, ölkənin hakimiyyət orqanları və güc strukturları insidentlə bağlı rəsmi bəyanat verməyiblər. Həbsxana rəhbərliyi cəzaçəkmə müəssisəsində vəziyyəti nəzarətə götürmək üçün qonşu regionlardan əlavə kömək gözləyir.
Qiyamın mümkün səbəbləri barədə informasiya verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB