İraq prezidenti vəzifəsindən azad oluna bilər - deputatlar imza topladı

İraq prezidenti vəzifəsindən azad oluna bilər - deputatlar imza topladı

İraqda Prezident Bərham Salehin vəzifədən azad edilməsi üçün 150 millət vəkilinin imzası toplanıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İraq Məclisindəki Şiə Fəth Koalisiyasının Sadiqun qrupunun millət vəkili Uday Avvad Konstitusiya Məhkəməsinə göndərdiyi məktubda Bərham Salehin 15 gün ərzində parlamentdəki ən böyük koalisiyanın baş nazirliyə namizədinə hökuməti qurmaq vəzifəsini verməyərək konstitusiyaya qarşı çıxıb.
Bərham Salehin vəzifədən azad edilməsi tələb edilən sözügedən məktubu 150 millət vəkili imzalayıb.
İraq konstitusiyasına görə? prezident 15 gün ərzində bir namizədə hökumət qurması üçün vəzifə verməlidir. Müddətin başa çatmasına baxmayaraq prezident üzərinə düşəni etməyib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə