Meksikada iki gəmi toqquşub

Meksikanın Karib dənizindəki Cozumel adasında iki lüks kruiz gəmisi toqquşub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dəniz nəqliyyatının çox sıx olduğu sahildə, kapitanlardan biri manevr etməyə çalışıb və Carnival Glori gəmisinin arxasındakı lövhə Carnival Legend gəmisinin yayına vuraraq, gəmiyə böyük ziyan verib.
Qəza anını Karnaval şirkətinin Oasis of the Seas şirkətinə aid üçüncü bir gəminin sərnişinləri tərəfindən lentə alınıb. Toqquşma anını qeyd edən sərnişinlər, Cozumeldə küləkli bir günün olduğunu ifadə edərək bu vəziyyətdə gəminin manevr etməsinin çətin olduğunu iddia ediblər.

Qəza sonrası ölən və ya yaralanan olmadığı bildirilib və hər iki gəmi təxliyə edilib.

Karnaval Qrupu açıqlamasında gəmilərdəki zərəri qiymətləndirdiklərini, ancaq hər iki gəminin dənizəəlverişliliyinə təsir edən problemlərin olmadığını deyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə