Rusiyanın Vladimir vilayətinin Kovrovski rayonunda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb. SİA-nın verdiyi xəbərə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən RİA "Novosti"yə verilən məlumata görə, qəza Ruçey qəsəbəsi yaxınlığındakı Kovrov-Şuya magistral yolunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində altı nəfər yaralanıb, onlardan üçü hadisə yerində ölüb. Digər yol-nəqliyyat hadisəsi Leninqrad vilayətində baş verib. Belə ki, idarəetməni itirən yük avtomobili beş minik maşınını əzib. Nəticədə iki nəfər həlak olub, dörd nəfər yaralanıb. Qəzadan sonra yanğın başlayıb. Hadisə yerinə cəlb edilən FHN əməkdaşları yanğını söndürməyə nail olublar. Hazırda hər iki faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB