Müdafiə büdcəsində Türkiyə bəndi

Müdafiə büdcəsində Türkiyə bəndi

Milli Müdafiə Səlahiyyət Qanununun Türkiyə ilə əlaqədar hissəsində Ankaranın S-400 hava müdafiə etmə sistemlərini almağa davam etdiyi səbəbiylə Türkiyəyə F-35 təyyarələrinin təslim edilməməsi nəzərdə tutulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, eyni zamanda Türkiyəyə ABŞ-ın Düşmənləri ilə Sanksiya Yolu ilə Mübarizə Aktı (CAATSA) çərçivəsində sanksiya tətbiq olunması lazım olduğu ifadə edilib.

Büdcənin "Milli Müdafiə Strategiyası çərçivəsində Modernizasiya Proqramları" qisimində da Türkiyə tərəfindən sifariş edilən təyyarələrin qəbulu üçün 440 milyon dollarlıq fond ayrılacağı yazılıb. Qanunda Türkiyənin F-35 proqramından çıxarılması lazım olduğu da vurğulanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə