47 illik istismardan sonra İsveçrənin Mühlenberq Atom Elektrik Stansiyası dekabrın 20-də fəaliyyətini dayandırıb. SİA xəbər verir ki, Fukuşima faciəsindən sonra dünyanın bir çox dövlətləri kimi İsveçrə də nüvə enerjisindən istifadəyə son veriləcəyini elan etmişdi. Mühlenberq AES-in fəaliyyətinin dayandırılması uzun illəri əhatə edən pilləli proqramın mühüm tərkib hissəsidir.
AES-in rəhbəri Martin Zakser təntənəli mərasimdə bildirib ki, müəssisənin 47 illik fəaliyyəti dövründə burada çalışmış 330 əməkdaş heç bir qəza və problem baş vermədən enerji hasilatını həyata keçiriblər və ötən illər ərzində ümumilikdə 130 milyard kilovatsaat enerji hasil edilib. Ölkənin enerji təminatının beş faizini təmin edən Mühlenberq AES 2034-cü ilədək tədricən sökülərək ləğv ediləcəkdir.
Qeyd edilməlidir ki, İsveçrədə dörd AES mövcuddur (Beznau, Qösqen, Laybştadt və Mühlenberq). Digər AES-lərin fəaliyyətinin nə vaxt dayandırılacağı hələlik məlum deyil.
Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına əsasən, hazırda dünyada 450 AES fəaliyyət göstərir, 50 AES tikilir və 120 AES-in tikilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB