Doğuş zamanı çəhrayı, kor və köməksiz nəhəng pandalar adətən təxminən 100 qram ağırlığında olurlar ki bu da bir dilim kərə yağı deməkdir. Anaları isə bundan 900 dəfə daha böyük olurlar.
Bu qeyri-adi fərq illərdir ki, tədqiqatçıları çaşdırmaqdadır. Yexidna və kenquru kimi heyvanlar istisna olmaqla, başqa heç bir yeni doğulmuş məməli analara nisbətən bu qədər kiçik deyil. Bunun səbəbini heç kim bilmir, ancaq Duke Universitetinin 10 ayı növü və digər heyvanlar arasındakı sümükləri araşdırması nəticəsində bəzi nəzəriyyələrin bir-birini dəstəkləmədiyini müəyyən edib.
Körpə panda skeletlərinin inkişaf etməsi çətindir, lakin tədqiqatçılar Vaşinqtondakı Smitsonian Milli Zooparkında doğulmuş körpə pandaların qalıqlarını tədqiq ediblər.
Milli Zooparkın ilk panda cütlüyünün {Ling-Ling və Hsing-Hsing} 1980-ci illərdə beş pandası dünyaya gəldi, lakin onlardan heç biri sağ qalmayıb.
Tədqiqatçılar yeni doğulmuş yamac ayıları, qütb ayıları, itlər, tülkü və digər heyvanlar ilə birlikdə iki panda balasının komputer tomoqrafiyası görüntülərini çıxardıblar. Bu görüntülərdən istifadə edərək hər iki körpənin 3 ölçülü rəqəmsal modellərini hazırlamağa nail olublar.
Tədqiqatçılar, doğuş vaxtına qədər skeletin hansı mərhələyə çata bildiyini araşdırıblar.
Panda ana ilə bala arasında fərqi göstərəcək ən ideal nümunə ola bilər, ancaq bütün ayıların valideyinlərinə uyğun olmayan kiçik körpələri olur. Yeni doğulmuş bir qütb ayısının ağırlığı ananın bədən kütləsinin yüzdə birinin yarısından azdır.
Məməlilərin balalarının bu qədər kiçik olması bəzi növlər üçün hamiləliyin qış yuxusu ilə üst-üstə düşməsi ilə əlaqələndirilir. Hamilə qadınlar bu müddət ərzində qidalana bilmirlər və bu səbəbdən döl üçün protein təmin etmək üçün bədəndəki əzələlər parçalanmağa başlayır.
Belə düşünülür ki, dişi məməlilər bu toxuma parçalanmasından sağlamlıqları ilə bağlı problem yaranmadığı müddətdə körpələrini bu şəkildə bəsləyə bilərlər. Doğuşdan sonra isə əzələlərdən istifadə etmək yerinə körpələr anasının yağlı südü ilə öz inkişaflarını davam etdirə bilərlər.milə Tanrıverdi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB