Hakimiyyətin ucuz şouları hind serialına bənzər bu silsilədən xalq bezincəyədək davam edəcək. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu İslahatçılar Partiyasının lideri Vaan Babayan bu gün keçirilən mətbuat konfransında deyib.
"İndi sual yaranır ki, baş nazirin bu ilin 12 ayı ərzində iki dəfə və hətta üç dəfə yüksək vəzifəli dövlət məmurlarına mükafat verməsi hansı qanunvericilikdə öz əksini tapır və görəsən baş nazir özünü də belə bir mükafatla təltif edəcəkmi?”, deyə İslahatçılar Partiyasının lideri sual edib.
Partiya lideri qeyd edib ki, korrupsiya aradan qaldırıldı ifadəsi sözdən başqa bir şey deyil.
“İl yarım müddət ərzində Ermənistanda əslində heç nə baş vermir. Korrupsiyaya qarşı mübarizə, sözlərdən ibarət deyil, islahatlar yolu ilə həll edilməli olan bir problemdir", deyə Vaan Babayan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB