Dövlət reketçiliyinin Ermənistan nümunəsi

Dövlət reketçiliyinin Ermənistan nümunəsi

2018-ci il parlament seçkilərinin seçkiqabağı dövründə baş verən proseslər təkcə korrupsiya risklərini ehtiva etmir, eyni zamanda mümkün dövlət reketçiliyinə də nümunə ola bilər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə görüşü zamanı "Vətəndaş özünüdərki" ictimai təşkilatının sədri Narek Samsonyan "Mənim addımım" təşviqat bloku ətrafındakı korrupsiya sxemi ehtimalı barəsində deyib.

“Növbədənkənar parlament seçkiləri zamanı Mülki Müqavilə partiyası 236 milyon dram toplayıb. Gəlin başa düşək görək, necə və hansı şəkildə. Onların sözlərinə görə, ianə toplayaraq bu pulu toplayıblar. Qeyri-adi bir seçim ediblər, guya bəzi insanlar pullarını gətirib veriblər və adlarını rəsmi olaraq rəsmiləşdirərək bu pulu fonda ödəyiblər. Bu insanların kim olduğunu, məsələn, David Sanasaryana, Andranik Koçaryana, Vaaqn Tevosyana, Ayk Sarkisyana 5 milyon dram verənin kim olduğunu anlamaq istəyirəm. Bu insanların kim olduğunu və bu məbləğləri onlara kim verdiyini bilmirik", deyə Narek Samsonyan bildirib.

O, vurğulayıb ki, şişirdilmiş məlumata uyğun olaraq, bu məbləğləri baş nazir Paşinyanın sözləri ilə desək, "böyük sahiblər", amma millət vəkili Paşinyanın sözləri ilə desək, "rejim oliqarxları" veriblər.

"Biri bu pulu mühakimə edilməməsi üçün, digəri isə dövlətdən imtiyaz əldə etmək üçün verib", deyə Narek Samsonyan ittihamla çıxış edib.

O, ianələrin toplanmasının şəffaf olmadığını və prokurorluğun bu ifadəni nəzərə almalı və bununla məşğul olmalı olduğunu bildirib.

Xatırladırıq ki, bundan əvvəl, "Vətəndaş özünüdərki" vətəndaş təşkilatının sədri Narek Samsonyan, "Mənim addımım" blokunun 2018-ci il növbədənkənar parlament seçkiləri üçün seçki kampaniyası çərçivəsində nə qədər xərclədiyini öyrənmək üçün də sorğu göndərmişdi.

Əslində, bütün bunların sadalanması dövlət reketçiliyində Ermənistan nümunəsinin erməni cəmiyyəti tərəfindən etirafıdır. Çünki, "Vətəndaş özünüdərki" ictimai təşkilatının sədri Narek Samsonyanın timsalında ermənilərin özləri də çox yaxşı bilirlər ki, mühakimə edilməmək üçün, yaxud dövlətdən imtiyaz əldə etmək üçün bu tipdə təzyiqlər və reketçilik Ermənistan üçün xarakterikdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə