Miss Amerika gözəli bəlli oldu FOTOLAR

Miss Amerika gözəli bəlli oldu FOTOLAR

“Miss America” gözəllik müsabiqəsinin qalibləri elan edilib. SİA-nın verdiyi məlumata görə, səhnədə elmi təcrübə aparan gənc biokimyaçı Camille Schrier “Miss America” titulunu və tacın sahibi olub.

Qeyd edək ki, dünən gecə keçirilən “Miss America” gözəllik yarışmasında 50 gözəl tac uğrunda yarışıblar və müsabiqədə namizədlər musiqi və akrobatika kimi qabiliyyətlərini nümayiş etdiriblər.

Bildirək ki, Virginia Amerika Birliyi Universitetində eczanede doktorluq dərəcəsi alan Camelle burada gözəlliyi və müvəffəqiyyəti ilə məşhurlaşaraq “Miss America” titulunu qazandıb.

Xatırladaq ki, daha əvvəl yarışma iştirakçılarının fiziki görünüşünün bir nömrəli mövzu olmaması və bununla əlaqədar olaraq bikini keçid bölmələrinin çıxarıldığı açıqlanıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə