"ABŞ-da son vaxtlar baş verən hadisələr ümumiyyətlə Prezident Trampın impiçmenti ilə bağlıdır. Bunu SİA-ya açıqlamasında" politoloq Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, əsas məqam ondan ibarətdir ki, konqresdə təmsil olunan 435 nümayəndənin əsasən demokratlardan ibarət olan 237 nəfəri 198 səsə qarşı Trampın impiçmentinə səs veriblər: "Maraqlıdır ki, ABŞ-da əsas qanunverici orqan Konqresdir, Senatdır. Konqres 3, Senat 6, prezident isə 4 ildən bir seçilir. Məhz Konqresdə təsdiq olunan məsələ daha sonra Senata çıxarılır. Senat isə o deməkdir ki, hər ştatdan iki nəfər təmsil olunmaqla 100 nəfərdir. İndiki 100 nəfərin də çoxu Respublikaçılara aiddir. Məhz ona görə də impiçment məsələsi Senata göndərilib. Lakin Senatda onun təsdiq olunub olunmaması sual altındadır".

A.Nağıyev qeyd edib ki, ilkin proqnozlara görə, impiçment məsələsi senatdan keçməyə bilər. Məsələ ondan ibarətdir ki, impiçment iki maddə ilə qaldırılıb: "Birinci maddə Trampın öz səlahiyyətindən sui-istifadə etməsi, ikinci məsələ də konqresin işinə mane törətməkdir. Hər ikisi qəbul olunub. Bu proses nədən başlayır? Burada söhbət 26 iyulda Tramp Ukraynanın prezidenti Zelenski ilə danışığında qazla bağlı şirkət olan Burisma şirkətindəki yeyintinin məhz 2020-ci ildə Trampın seçkidə alternativi olan şəxs Co Baydenin oğlu tərəfindən bunun mənimsənməsi və bu miqdarın müəyyən hissəsinin Petro Paraşenkoya, eyni zamanda Hillari Klintona göndərilməsindən gedir. Məhz bu məsələlərdən istifadə edərək Co Baydenə qarşı gələcək seçkilərdə nüfuzdan salan və ifşaedici materialların əldə olunmasını xahiş edib, lakin bu proseslərdə aparılan telefon danışıqları eşidilib və düşünüblər ki, bu məsələlərə dövlətin qarışmaq ixtiyarı yoxdur".
Sonda isə politoloq vurğulayıb ki, Ukraynadan təsir vasitəsi kimi istifadə ediblər və ona görə də bu proseslər baş verib: "Son vaxtlar Amerikanın tarixində impiçment məsələsi Bill Klintona və Riçard Niksona qarşı olub. Lakin Trampa qarşı belə bir prosesin baş tutması o qədər də gözlənilən deyildi. Məhz Ukrayna məsələsindən sonra bu gündəmə gəlib. Bir daha qeyd etmək istəyirəm ki, senatın 2/3 demokratlar olduğuna və bu faizlə səs vermək mümkün olduğuna və nəhayət senatın çoxu məhz respublikaçılar olduğuna görə, senatda impiçmentin keçməsi inandırıcı görünmür. Eyni zamanda Trampın vəkili Rudi Culiani bu yaxınlarda Ukraynada olub və gələcəkdə istifadə etmək üçün müəyyən materiallar əldə edib. 2020-ci ildə prezident seçkiləri zamanı ABŞ seçicisi üçün ən mühim məsələ konstitusiyada olan seçib-seçilmə hüququdur. Bu ən ali məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB