Şəhərin mərkəzi küşəsində silahlı insident VİDEO

Şəhərin mərkəzi küşəsində silahlı insident VİDEO

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi olaraq il sonu mətbuat konfransında çıxışından sonra paytaxt Moskvada silah səsləri eşidildib. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, silah səsləri şəhərin mərkəzindəki Bolşaya Lubyanka küçəsində eşidilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərargahı yaxınlığında təcavüzkar tərəfindən avtomat silahdan ətrafa atəş açılıb.

Qeyd edək ki, hücumdan sonra bölgəyə Rusiya Xüsusi Qüvvələri qrupları göndərilib və tez bir zamanda təcavüzkarın zərərsizləşdirildiyi barədə xəbər verilib.

Bildirək ki, hücumla bağlı açıqlama verən Vladimir Putin təcavüzkarın təkbaşına hərəkət etdiyini və binaya girmədən öncə zərərsizləşdirildiyini söyləyib.

Rusiya vətəndaşları hadisə anını videoya çəkərək sosial mediada paylaşıblar.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə