Tbilisidə yaralanan Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın vəziyyəti ağırdır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə T.Qamsaxurdiyanın qardaşı Konstantin Qamsaxurdiya bildirib. O deyib ki, qardaşına sinə nahiyəsindən xəsarət yetirilib və hazırda təcili əməliyyat olunur.
Yerli mətbuatın yazdığına görə, T.Qamsaxurdiya soyuq silahla yaralanıb. Ona keçmiş qonşusu David Bacelidzenin xəsarət yetirdiyi bildirilir. 2009-cu ildə T.Qamsaxurdiya D.Bacelidzeni yaraladığına görə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB