Kənd təsərrüfatına çəyirtkə sürüsü hücum edib

Kənd təsərrüfatına çəyirtkə sürüsü hücum edib

Şərqi Afrikada hər keçən gün daha böyük kənd təsərrüfatı ərazisini təhdid etməyə başlayan Şərqi Afrikadakı çöl çəyirtkələrinin sürüləri Somali fermerlərini çətin vəziyyətə salıb. Birləşmiş Millətlər Təşkilatının (BM) Qida və Kənd Təsərrüfatı Təşkilatının verdiyi açıqlamada, Somali və Efiopiyada təxminən 70.000 hektarlıq ərazinin çöl çəyirtkələrinin işğalı nəticəsində yararsız vəziyyətə düşdüyü bildirilib.

Qeyd edək ki, önümüzdəki 6 ay ərzində Somalidə 100 min hektardan çox ərazinin qorunmasına ehtiyac duyulacağı, eləcə də, uzun müddətli yardım planlarının yaradılması lazım olduğu vurğulanıb.

Bİldirək ki, ölkənin son 25 ildə ən böyük zərər gördüyünü bildirən təşkilat, çəyirtkə sürülərinin Keniya, Cibuti, Eritreya, Cənubi Sudan və Sudanda böyük zərər verə biləcəyinə dair xəbərdarlıq etdib.

Qeyd edək ki, gündə 150 kilometr yol qət edə bilən çəyirtkə sürüsü bir gündə minlərlə insanın qida ehtiyacını qarşılayacaq kənd təsərrüfatı məhsullarına ziyan vura bilər.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə