Vladimir Putin WADA-nın bağlı qərarını ədalətsiz adlandırıb

Vladimir Putin WADA-nın bağlı qərarını ədalətsiz adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Agentliyinin (WADA) Rusiyanın beynəlxalq idman yarışlarından uzaqlaşdırılması ilə bağlı qərarını ədalətsiz adlandırıb. SİA-nın Türkiyyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə V.Putin mətbuat konfransında bildirib.

“WADA-nın qərarı ədalətsiz, məntiqsiz və qeyri-qanuni bir qərardır. Günahı olanları cəzalandırmaq normal və ədalətlidir. Lakin, idmançılarımızın əksəriyyəti təqsirsizdirsə, WADA başqalarının hərəkətlərinə görə onları necə cəzalandıra bilər?”, - deyə V. Putin vurğulayıb. Həmçinin Prezident Vladimir Putin qeyd edib ki, WADA-nın məlum qərarı Olimpiya nizamnaməsinə də ziddir.

Xatırladaq ki, Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək hüququndan məhrum edilib. Bu müddətdə Rusiya idmançıları Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış edə bilməyəcək.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə