Türkiyənin ən böyük, dünyanın ikinci böyük tuneli olan cüt balonlu Yeni Ziqana tünelində tikinti işləri davam etdir. Sütunların 64 faiz, astar beton emalatının isə 42 faiz işi tamamlanmaq üzrədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yeni Ziqana tunelində Gümüşhane və Trabzon tərəfləri də daxil olmaqla 18,5 km qazıntı işlərinin aparıldığı və 12,16 km uzunluğunda astarlı beton inşa edildiyi bildirildib.
Qeyd edək ki, tamamlandığında Türkiyənin ən uzun tuneli olacaq Yeni Ziqana tunelinin havalandırma sistemi Türkiyədə ilk dəfə istifadə ediləcək yeni texnologiya ilə təchiz ediləcəyi bildirilib.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB