Aylardır davam edən meşə yanğınları ilə mübarizə aparan Avstraliyada dünən qeydə alınan isti hava şəraiti günlərdir rekord həddə çatdığı bildirilib. SİA-nın Türkiyə mətbuata istinadən verdiyi məlumata görə, tarixin ən isti günlərini yaşayan Avstraliyada Hidrometrologiya Bürosunun verdiyi məlumata görə, orta temperaturun 41,9 dərəcəyə çatdığını söylənilib.
Qeyd edək ki, digər tərəfdən qərbdəki Eucla şəhərində issti hava şəraiti 49,8 dərəcəyə çatdıb. Bu, Avstraliya tarixində dekabr ayında qeydə alınan ən yüksək temperatur olduğu bildirilib.
Xatırladaq ki, 2013-cü ilin rekordunun dünən ölkə daxilində 40,9 dərəcəyə çatan isti ilə pozulduğunu açıqlanıb. Yüksək temperatur və güclü külək bütün Avstraliyada meşə yanğınlarına səbəb olub. Ölkə daxilində istilik və tüstü səbəbiylə xəstəxanalara müraciətlərin sayı günü-gündən artır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB