Həsən Ruhani və Qətər əmiri bir araya gəliblər

Həsən Ruhani və Qətər əmiri bir araya gəliblər

İran prezidenti Həsən Ruhani ilə Qətər əmiri Şeyx Temim bin Hamed Al Sani Malayziyada təşkil olunan 2019 Kuala Lumpur Zirvəsində görüşüblər. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin gündən-günə daha yaxşılığa doğru getdiyi və ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə daha yaxın münasibətlər qurmalı olduğu vurğulanıb.

Tehran və Dohanın mövcud iqtisadi şərtlərdə bir-birlərinin bir çox ehtiyacını qarşılıqlı həll etmə imkanının olduğunu dilə gətirən Ruhani birgə investisiya sahəsində əməkdaşlıq edə biləcəklərini bildirib.

Qeyd edək ki, iki ölkə arasındakı əlaqələrin daha da artırılmasının lazım olduğunu söyləyən Əl Sani İran və Qətərin üzərlərinə qoyulan bu çətin şərtləri aşacaqlarına inandığını söyləyib

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə