Polis əməkdaşı külli miqdarda pulu mənimsəməkdə ittiham olunur. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Qanaker-Zeytun inzibati ərazi dairəsi üzrə İstintaq Şöbəsində bir polis məmurunun mənimsəməklə külli miqdarda pul ələ keçirməsi ilə bağlı cinayət işində ibtidai istintaq başa çatıb, polis məmuruna ittiham irəli sürülüb.
İstintaq tərəfindən alınan faktiki məlumata görə, cinayəti törədən 1975-ci il təvəllüdlü şəxs özünü Ermənistan Respublikası Polis İdarəsinin üzvü kimi təqdim edərək 1 000 000 ABŞ dolları məbləğində vəsaiti mənimsəyib.
Kifayət qədər dəlillərlə istinadən həmin şəxs Ermənistan Respublikası Cinayət Məcəlləsinin 34-178 (2) (2) və 317-ci maddələri ilə ittiham edilib.
İlkin istintaqın başa çatdığı elan edilib və cinayət işi ibtidai istintaqın qanuniliyini izləyən prokurora ittiham aktının təsdiqlənməsi və məhkəməyə göndərilməsi xahişi ilə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB