Yanvarın 1-dən etibarən Ermənistanda 700 adda malların qiymətində bahalaşma gözlənilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzet yazır ki, Ermənistan ümumi gömrük tariflərinə qoşulub və bu, öz-özlüyündə xeyli miqdarda mallara gömrük rüsumlarının artmasının gözlənildiyini göstərir.
Bu təsiri mümkün qədər azaltmaq üçün Ermənistan, əsasən istehlak səbətinə daxil olan ən vacib məhsullar üçün 5 ildən çox bir keçid dövrü qurub və bu məhsul qruplarının əhəmiyyətli bir hissəsi üçün keçid dövrü 2020-ci ildə başa çatır.
Yanvarın 1-dən etibarən 700-ə yaxın malın qiymətində artım gözlənilir. Mütəxəssislər iddia edirlər ki, qiymət artımı ümumiyyətlə insanların ümumi həyat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Yeri gəlmişkən, kənd təsərrüfatı sahəsində də qiymət artımı qaçılmazdır. Xüsusilə, yanvarın 1-dən kənd təsərrüfatı məhsullarının, taxıl, toxum üçün gömrük rüsumları artacaq. Sərhəddə idxal edənlər bu mallar üçün 3-4%, gübrələr üçün 2.5-4% daha çox ödəniş edəcəklər ki, bu da məhsulların bahalşması deməkdir.
Mal-qara və ət satışı ilə məşğul olanlar ətin qiymətinin əhəmiyyətli dərəcədə artmasından da narahatdırlar. Ümumiyyətlə, bəzi iqtisadçıların hesablamalarına görə, yaxın aylarda Ermənistanda həyat şəraiti şətinləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB