Daşkənddə metro tikintisi zamanı uçqun olub

Daşkənddə metro tikintisi zamanı uçqun olub

Daşkənd metrosunun Yunusabad xəttinin tikintisi çərçivəsində tunelin qazıntı işləri zamanı baş verən uçqun nəticəsində təsdiqlənməyən məlumata görə bir neçə nəfər torpaq altında qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə barədə daxili işlər nazirinin müavini Daniyar Taşxocayev bildirib ki, tunelə su sızmasının qarşısını almaq üçün tikilən beton bənddə kənardan su yığılması nəticəsində torpaq uçqunu baş verib. Hazırda ölən və yaralananlar haqqında dəqiq məlumatın yoxdur. Hadisə yerinə Baş nazir Abdulla Aripovun gəlməsi gözlənilir.

"Özbəkistan Dəmir Yolları" SC-nin mətbuat xidməti metro tikintisinin açıq sahəsində qəza baş verdiyini təsdiqləyib. Hazırda baş nazirin birinci müavini A.Rəmətovun şəxsi nəzarəti ilə xidməti təhqiqat aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə