Rusiya Türkiyədə nüvə reaktoru inşa edəcək

Rusiya Türkiyədə nüvə reaktoru inşa edəcək
Rusiya və Türkiyənin dövlət başçıları Türkiyədə nüvə reaktorunun inşası barədə razılıq əldə ediblər. SİA-nın xəbərinə görə, Rusiya prezidenti Dmitri Medvedev və Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan bu gün Moskva görüşündən sonra müxbirlərə deyiblər ki, inşası nəzərdə tutulan obyekt zəlzələlərə davamlı olacaq. İki ölkə lideri nüvə obyektinin inşasında əməkdalıq barədə razılığı ötən may ayında əldə etmişdi. Dmitri Medvedev və Rəcəp Tayyib Ərdoğan ölkələr arasında vizasız səjahət və radio-televiziya əməkdaşlığı barədə sənədlərə imza atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə