Rusiya Qırğızıstana narkotik maddə qaçaqmalçılığı ilə mübarizə üçün milyonlarla dollarlıq yardım vəd edib. SİA-nın xəbərinə görə, Rusiyanın Federal Narkotiklərə Nəzarət Xidmətinin rəhbəri Viktor İvanov bu gün Bişkekdə bildirib ki, Moskva 3 illik proqrama texniki və maddi yardım göstərəcək.
İvanov Qırğızıstanın üzləşdiyi çətinlikləri dərk və bu proqramın hər iki ölkənin maraqlarına xidmət etdiyini bildirib. Qırğzıstan Əfqanısdandan daşınan narkotik maddələrin tarnzit yoludur. Bu yoldan keçirilən narkotiklərin böyük hissəsi Rusiyada satılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB