Çinin Siçuan vilayətində kömür mədənini su basması nəticəsində yer altında köməksiz vəziyyətdə qalmış 13 şaxtaçı 86 saatlıq əməliyyatdan sonra xilas ediliblər. SİA vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, Qonsian qəsəbəsi ərazisində baş verən bədbəxt hadisədən sonra əraziyə xeyli sayda xilasedici cəlb olunub. Onlar bir neçə gün ərzində nasoslardan istifadə etməklə mədənə yığılmış suyu boşaldıb, çıxılmaz vəziyyət qalan şaxtaçıların yerini müəyyən ediblər. Yerli vaxtla dekabrın 18-də səhər 5:55-də ilk şaxtaçı xilas olunub. Ardınca digərləri də çıxarılaraq xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək dekabrın 14-də baş vermiş hadisə nəticəsində 5 şaxtaçı ölmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB