Litvanın Müdafiə Nazirliyi nəzdində olan Müdafiə Resursları Agentliyi 8,7 milyon avrodan çox dəyəri olan rabitə sistemlərinin alınmasına dair ilkin müqavilə imzalayıb. SİA xəbər verir ki, müqavilə Amerikanın "Harris Global Communications" şirkəti ilə imzalanıb.
"Bu müqavilə üç il üçün etibarlıdır. İlkin müqavilənin sifarişləri üzrə ödənişlərə qənaət olunub", - deyə Latviya Müdafiə Nazirliyinin nümayəndəsi Asta Galdikayte mətbuata açıqlamasında söyləyib. Radiostansiyalarının ilk partiyasının alınması gələn ilin ikinci rübü üçün nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB