Panamanın şərqində yerləşən Hoyita həbsxanasında məhkumlar arasında kütləvi dava düşüb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 11 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.
Ölənlər və yaralananlar arasında həbsxana və polis əməkdaşlarının olmadığı bildirilir.
Hazırda həbsxanada vəziyyət stabilləşib, polis nəzarəti ələ alıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB