ABŞ-ın 5 hərbi-nəqliyyat təyyarəsi İncirlik hərbi bazasını tərk edib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı beş hərbi-nəqliyyat təyyarəsi son bir neçə sutkada Amerikanın nüvə silahlarının saxlanıldığı Türkiyədəki İncirlik hərbi bazasını tərk edib. SİA “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbin aviasiya resurslarının monitorinq məlumatlarında qeyd olunur.
Bildirilir ki, bu, prezident Rəcəb Tayyib Ərdoğanın hərbi bazaya girişi amerikalılara bağlaya biləcəyi ilə bağlı açıqlamasının fonunda baş verib.
Qərbin aviasiya resurslarının hesabatlarına əsasən, xüsusilə üç ağır hərbi nəqliyyat təyyarəsi “C-17A Globemaster”, “C-5M Galaxy” hərbi yük təyyarəsi və “C-40B” hərbi komandanlığının bir nəqliyyat təyyarəsi İncirlikdən havaya qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB