Britaniya parlamenti "Brexit"lə bağlı qanun layihəsinə 20 dekabrda baxacaq

Britaniya parlamenti "Brexit"lə bağlı qanun layihəsinə 20 dekabrda baxacaq

Britaniya parlamenti "Brexit"lə bağlı qanun layihəsinə 20 dekabrda baxmağı planlaşdırır.

SİA "BBC"-yə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Baş Naziri Boris Consonun rəsmi nümayəndəsi məlumat yayıb.

O bildirib ki, qanun layihəsinə Milad bayramından öncə baxılması planlaşdırılır.

Qeyd edək ki, "Brexit"lə bağlı bu qanun layihəsinə görə, Britaniya 31 yanvar tarixində Avropa İttifaqından çıxmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə