Suriyanın Deyrizor bölgəsindəki son olaylar xeyli diqqət çəkib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sosial şəbəkədə yayılan görüntülərdə əllə qazılan quyulardan neft fontan vurur.
Suriyanın şimalında məskunlaşmış terror təşkilatı PKK/YPG-yə yardım edən ABŞ bölgədəki təbii sərvətləri də əldən vermək istəmir. Türkiyə mediası yazır ki, buna səbəb ərazidəki zəngin neft yataqlarıdır. Buradan sanki neft şəlaləsi axır.
Paylaşılan görüntülər ABŞ əsgərlərinin çoxsaylı neft yataqları ilə zəngin olan ərazidən nə üçün ayrılmadığına aydınlıq gətirib.
Bölgədəki terror təşkilatına dəstək olan Amerika neft yataqlarına nəzarəti əlində saxlayır. Yerləşdikləri hərbi bazadan geri çəkilən əsgərlər yalnız neft yataqlarının olduğu bölgələrə toplanıblar.
Deyrizorda çəkilən son görüntülərdə qeyri-peşəkar şəkildə qazılmış ərazidən neft fışqırır. Qazıntılar heç bir xüsusi alət olmadan, kustar üsulla qazılsa da, ərazidən neft fontan vurur.
Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB