İndoneziyada 5 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İndoneziyanın Meteorologiya, İqlim və Geofizika İdarəsindən bildirilib ki, yeraltı təkanların episentri Şimali Sumatra vilayətinin Qərbi Nias bölgəsindən 138 kilometr cənub-qərbdə olub. Zəlzələ yerin 24 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ zamanı insan tələfatı və tikililərə dəyən zərər haqqında məlumat verilməyib.

Sakit Okean Sunami Mərkəzi zəlzələdən sonra sunami xəbərdarlığı etməyib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...